Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon 12 saylı Uşaq bağçasının açılışı olmuşdur

07 yanvar 2017 | 16:00

06 yanvar   2017 – ci  il tarixdə Saatlı rayonu Əlisoltanlı qəsəbəsində yerləşən Cəbrayıl rayon 12 saylı uşaq bağçasının  açılışı olmuşdur.

Açılış mərasimində  çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov ilk öncə müasir tələblərə cavab verən uşaq bağçasının açılışı münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi.  Rayon rəhbəri Respublikada aparılan abadlıq, quruculuq işləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Ölkə başçısının məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini, bu gün açılışı olan uşaq bağçası bu qayğının bariz nümunəsi olduğunu bir daha vurğulandı.

         Tədbirdə çıxış edən qəsəbə sakinləri və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına  minnətdarlıqlarını bildirdilər.

Sonda uşaqların ifasında vətənə, dövlətçiliyə və anaya həsr olunmuş şerlər, eləcə də Cəbrayıl rayon Tatar kənd orta məktəbinin şagirdlərinin ifasında nümayiş etdirilən rəqs nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Rəmzi açılış lenti kəsildikdən sonra uşaq bağçası fəaliyyətə başladı.

Keçidlər