Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları Cəbrayıl rayon İcra hakimiyyətində olmuşlar
Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti 14 dekabr 2016-cı il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətində olmuşlar. Nümayəndə heyyətini Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qəbul etmişdir. Söhbət zamanı nümayəndə heyətinin üzvləri Respublikamızın müxtəlif bölgələrində, eləcə də qəsəbələrdə məskunlaşmış Cəbrayıl rayon əhalisinin problemləri ilə maraqlanmış, işğal olunmuş ərazilərin eləcə də Cəbrayıl rayonunun yaxın zamanda işğaldan azad olunmasını və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarını arzulamışlar.
Sonda Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi adından Cəbrayıl rayonundan olan uşaqlara bayram sovqatı təqdim edilmişdir.