Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

12 dekabr 2016 | 16:00

12 dekabr 2016-cı il tarixdə Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü  ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirin əvvəlində Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyularaq xatirəsini ehtiramla yad edilmişdir.
Anım tədbiri “Cəbrayıl” sarayında davam etmişdir. Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açmış, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Təbdir iştirakçılarından əməkdar müəllim Rəhim Rəhimov və Prezident təqaüdçüsü Kamılxan Rüstəmova çıxış edərək Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan,  hər zaman Cəbrayıllılara göstərdiyi yüksək diqqət və qayğıdan, həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən söhbət açmışlar.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçılarına ehsan süfrəsi təşkil edilmişdir.

Keçidlər