Baramaçılığın inkişaf etdirilməsi üçün işlər görülür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsullarının istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasının təmin etmək məqsədilə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün tədbirlər görülür.
Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsi, ipəkqurdu üçün yem bazasının yaradılması məqəsədi ilə tut tinglərinnin əkilməsi üçün qəsəbə ərazisində ilkin olaraq 10 hektar sahə tam yararlı vəziyyətə gətirilmişdir.
03 dekabr 2016-cl il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş və bölgü əsasında rayonumuza ayrılmış 14 min ədəd tut tingi həmin sahələrdə əkilmişdir.
Gələcəkdə gəlirli sahə olan baramaçılığın inkişaf edtirilməsi, qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin rifah halının və məşğulluğunun təmin edilməsi məqəsədi ilə tut bağları üçün ayrılacaq sahələrin bir neçə dəfə artırılması nəzərdə tutulmuşdur.