17 noyabr-Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirildi
17 noyabr 2016-cı il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıl məcburi köçkünləri üçün salınmış 10 saylı qəsəbə klubunda Milli Dirçəliş günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva açaraq, bu günün yaranma tarixindən danışdı. Qeyd etdi ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, Sovet imperiyasına qarşı ayağa qalxması onun dirçəliş yolunda dönüş nöqtəsi olmuşdur.
Hakimiyyətə gəldiyi gündən Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası dünya miqyasında layiqincə tanındı və böyük nüfuza malik oldu. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın və dövlət müstəqilliyimizin qorunması uğurunda mübarizənin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin fəaliyyəti və məqsədyönlü siyasəti ölkəmizi inamla gələcəyə və yeni yeni uğurlara aparır.
Tədbir proqramında gənc istedadların və rayon incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert də yer alıb.