15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
12 iyun 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, Hüquq-mühafizə, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları mədəniyyət və istirahət parkında müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək müasir Azərbaycan tarixinin dönüş nöqtəsi, dövlətçiliyimizin xilası və sabitliyimizin bərqərar olmasının rəmzi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günün dövlətçilik tariximizdəki əhəmiyyətindən geniş söhbət açıb. Bildirilib ki, bu tarix məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda ölkənin ağır vəziyyətdən xilas olunaraq sabitlik və inkişaf yoluna qədəm qoyulması da elə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının nəticəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim hörmətlə yad ediləcək, xalqımız onu heç zaman unutmayacaqdır.






