28-29 oktyabr 2016-cı il tarixlərdə Koreya Respublikasının Səfirliyinin və Azərbaycandakı Koreya şirkətlərinin nümayəndələrinin Biləsuvar rayonu ərazisində qəsəbələrdə məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərlə görüşü keçirilmişdir
28 oktyabr 2016-cı il tarixdə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Gyunun başçılıq etdiyi nümayəndə heyətinin və Koreya şirkətlərinin nümayəndələrinin Biləsuvar rayonu ərazisində qəsəbələrdə məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərlə görüşü keçirilmişdir.
Qonaqlar əvvəlcə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq ruhunu ehtiramla yad etmişlər.
Sonra Cəbrayıl rayon İcra Hakimiyyətində səfir Kim Çanq Gyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun görüş olmuşdur. Görüşdən sonra səfir və onu müşahidə edən nümayəndə heyəti Qarabağ döyüşlərində şəhid olmuş Elsevər Nəcəfovun anası Simuzər Xanməmmədovanın ailəsində olmuşlar.
Həmin gün saat 17:00-da Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda rayon sakinlərinin iştirakı ilə keçirilən tədbirdə Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq İncəsənət Musiqi məktəbinin şagirdlərdən ibarət Xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış etmiş və “Nizamlı adam” adlı Koreya filmi nümayiş etdirilmişdir.
29 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon 4 saylı qəsəbədə fəaliyyət göstərən rayonun İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbində Azərbaycan və Koreya nağılları əsasında “Sehrli nağıl” rəsm müsabiqəsi təşkil olunmuş, 3 nəfər ən yaxşı şəkil çəkən şagirdə və müsabiqədə iştirak edən bütün şagirdlərə səfirlik və Koreya şirkətləri tərəfində hədiyyələr təqdim olunmuşdur.
Günün ikinci yarısında səfir Kim Çanq Gyunun başçılıq etdiyi nümayəndə heyəti və Koreya şirkətlərinin nümayəndələri Bakı şəhərinə yola salınmışdır.