Şriftin ölçüsü :

Saytın rəngi :

“Aşura günü” ilə əlaqədar Cəbrayıl Mərkəzi rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir

13 oktyabr 2016 | 16:00

“Aşura günü” ilə əlaqədar 13 oktyabr 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Cəbrayıl Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
Respublika Qan Bankının Şirvan filialının həkim briqadasının və Cəbrayıl Mərkəzi rayon Xəstəxanasının tibbi personalının həyata keçirdiyi humanitar aksiyada rayon sakinləri fəal iştirak etmişdir.
Qana ehtiyacı olan xəstələrə kömək məqsədilə təşkil edilmiş humanitar aksiya zamanı 120 nəfər könüllü olaraq qan vermişdir.

Keçidlər