Şriftin ölçüsü :

Saytın rəngi :

20 sentyabr 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətində Pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş şura iclası keçirilmişdir

21 sentyabr 2016 | 16:00

17 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsi keçirilmişdir.
Müşavirədə respublika üzrə pambıq əkini ilə məşğul olan 24 rayonun İcra başçıları, pambıq əkən fermerlər və aidiyyəti qurumların rəhbəri, mütəxəssisləri iştirak etmişdir.
20 sentyabr 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin akt zalında ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirənin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq əkən fermerlərin və mütəxəssislərin iştirak etdiyi müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açaraq dövlətimizin bu gün bərpa etmək istədiyi pambıqçılıq, baramaçılıq sahələrinin əvvəllər bizim rayonda da geniş inkişaf etdiyini, 1970-1980-cı illərdə rayon əhalisinin bu sahələrdən ailə büdcələrinə böyük həcmdə gəlir gətirdiyini, bütün bunu nəzərə alaraq rayon əhalisinin kompakt məskunlaşdığı qəsəbələrdə həmin sahələri inkişaf etdirməyin vacib olduğunu bildirdi. Bu məqsədlə bu il ilkin olaraq 34 hektar pambıq əkildiyini, aqrotexnikaya uyğun bütün becərmə işlərini başa çatdırılaraq artıq yığıma başlandığını qeyd edən rayon rəhbəri
gələn il bu ərazidə ən azı 60-100 hektar, növbəti illərdə isə daha çox pambıq əkilməsini məqsədəmüvafiq saymışdır.
Rayon rəhbəri çıxışı zamanı qəsəbə sakinləri arasında pambığın digər sahələrdən daha çox gəlirli sahə olduğu və həm də pambığın növbəli əkin baxımından daha əlverişli bitki sayıldığını nəzərə alaraq qəsəbələr üzrə səlahiyyətli nümayəndələrə və sahə nəzarətçilərinə bu barədə geniş maarifləndirmə, izahat  işlərinin  aparmasını tapşırmışdır.
Sonra müzakirə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, rayonun Texniki Nəzarət Müfəttişi Atakişi Atakişiyev, rayon Suvarma Sistemləri idarəsinin rəisi Tehran Məmişov, pambıq əkini ilə məşğul olan Zakir Camalov və başqaları çıxış etmişlər.

 

Keçidlər