Şriftin ölçüsü :

Saytın rəngi :

14 may 2022-ci il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşü olmuşdur

14 may 2022 | 15:17

Görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon Ağsaqqalllar Şurasının üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon Ağsaqqallar Şurasının sədri V.Məhərrəmov açmış, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq-quruculuq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası istiqamətində görülən işlərdən danışdı, həmçinin rayon rəhbəri işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Cəbrayıl rayonunda gedən quruculuq işləri haqqında rayon ağsaqqallarına məlumat verərək rayon sakinlərinin tezliklə öz doğma yurdlarına qayıdacaqlarını bildirdi.

Tədbirdə həmçinin Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon Təşkilatının sədri A.Fərzəliyev, ağsaqqallardan Həsən Əhmədov, Musa Quliyev, Vaqif Əlisoy, Mərkəz Paşayev, Vahid Alışov və Tarıyel Abbasov çıxış etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı K.Həsənov müzakirələr zamanı qaldırılan məsələlərə aydınlıq gətirərək, münasibətini bildirmişdir.

Tədbirdə rayon ağsaqqalları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər