Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr konfaransı keçirildi
09 avqust 2016-cı il tarixdə Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr konfaransı keçirildi. Konfrans öncəsi Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, qonaqlar və rayonun təhsil işçıləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirsəni ehtiramla yad etdilər.
Sonra Konfrans 4 saylı qəsəbə klubu binasında davam etdirildi. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, Təhsil Nazirliyinin məsul işçisi Aydın Rəhimov , 13 Salyan Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Elmar Əhmədov və rayonun təhsil İşçiləri olmaqla 125 nəfər iştirak edirdi.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himini ilə başladı. Konfransı Təhsil Şöbəsinin müdiri Validə xanım Həsənova açaraq. Konfransın iş qaydasını səsə qoydu. İş qaydası iştirakçılar tərəfindən qəbul edildikdən sonra o, 2015-2016- cı ilin yekunları və 2016-2017-ci ildə qarçıda duran məsələlərlə bağlı məruzə etdi.
Tədbirdə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin təşkilatçı müavini, Qabaqcıl Təhsil İşçisi Hidayət Səfərli, V.Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin direktoru İlqar Rüstəmov, 8 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zaur Vəliyev, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin 647 balla Azərbaycan Dillər Universtitetinə qəbul olmuş məzunu Nuranə Surxayeva, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Aydın Rəhimov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov çıxış etdilər
Kofransda məzunları fənn olimpiadalarında və ali məktəblərə qəbulda fərqlənən məktəb direktorlarına fəxri fərmanlar, 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlara isə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Kamal Həsənov tərəfindən pul mükafatları təqdim edildi.
Sonda Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.