Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır

27 iyul 2016 | 16:00

      Xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində əhalimizin məşğulluğunu təmin etmək məqsədi ilə cari mövsümdə 34 hektar pambıq əkilmişdir. Pambıq əkininin 9 hektarı vətəndaşların istifadəsinə verilmiş pay torpaqlarında, 25 hektarı isə İmişli rayonu ərazisində, asudə Dövlət fondu torpağında əkilmişdir.  Bu günə kimi pambıq sahələrində 3 dəfə suvarma, 3 dəfə kultivasiya, 3 dəfə kətmənləmə və seyrəltmə işləri aparılmışdır. Pambıq sahələrində hər hektarına 150 kiloqram azot gübrəsi ilə  1-ci və 2-ci yemləmə aparılmişdir. Ümumilikdə pambığın becərilməsinə 38 nəfər işçi cəlb olunmuşdur.  Qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərdən yaxınlıqdakı “Azərsun” Holdinqin  Biləsuvar şöbəsində fəaliyyət göstərən emal müəssisəsində və mövsümü kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə ümumilikdə 620 nəfər, ətraf rayonların bu il əkdiyi pambıq sahələrində isə 200 nəfərdən çox  sakinimiz işə cəlb olunmuşdur.
       Növbəti ildə ən azı 60 hektarda pambıq əkilməsi, baramaçılığın inkişaf etdirilməsi üçün tut bağlarının salınması planlaşdırılır. Bu məqsədlə qəsəbələr ərazisində əkin altında olmayan və suvarılması mümkün olan 6 hektar torpaq müəyyənləşdirilmiş, payızda və ya yazda əkin aparılması üçün 10 min ədəd tut tingi və ting yetişdirilməsi üçün tut toxumu  alınması planlaşdırılır. Hazırda bu istiqamətdə rayon kənd təsərrüfatı idarəsi ilə birgə iş aparır.

 

 

Keçidlər