Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyəti “Fitnə” sənədli filmini nümayiş etdirmişdir.

01 iyul 2016 | 16:00

30 iyun 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda “Fitnə” sənədli filmi nümayiş olunmuşdur.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon Gənclər Birliyinin əməkdaşları, təhsil işçiləri, Biləsuvar rayonu 1-11 saylı qəsəbələrdə fəaliyyət göstərən rayonun ümumtəhsil orta məktəblərin gənc müəllimləri və yuxarı sinif şagirdləri, din xadimləri və gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mayil Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilən sənədli filmdə radikalizmin dini, psixoloji, siyasi və mənəvi tərəflərinin öz əksini tapdığını qeyd etmiş, filmin nümayişinin gənclərin maariflənməsi, milli-mənəvi dəyərlərimizə bağlılığın gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımdan böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Tədbirdə  çıxış edənlər bu tipli maarifləndirici filmlərin çəkilməsinin və bu istiqamətdə gələcəkdə daha çox tədbirlərin keçirilməsinin böyük önəm daşıyacağını vurğulamışlar.
Daha sonra “Fitnə” sənədli filmi nümayiş olunmuş və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Keçidlər