Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Respublika gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi

31 may 2016 | 16:00

27 may 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında “28 May Respublika Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
İdarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, YAP fəallarının, gənclərin, ziyalıların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açaraq Azərbaycan Xalq Cümhuriyyətini yaranmasının 98-ci ildönümü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sonra RİHB-nın müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ilə bağlı “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin direktoru Fəxrəddin Rəhimov, R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin  tarix müəllimi Habil Quliyev, Prezident  təqaüdçüsü Kamılxan Rüstəmova, rayon ağsaqqalı Əli Hümbətalıyev və  X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd  tam  orta məktəbinin kitabxanaçısı Giləxanım Vəliyeva çıxış etmişlər.
Tədbirin davamı olaraq 28 may 2016-cı il tarixdə RİHB aparatının məsul işçilərinin, Hüquq-Mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin heykəli önünə gül-çiçək dəstəsinin qoyularaq ruhu ehtiramla yad edilmişdir.

Keçidlər