Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ruhim Qəhrəmanovun “İgidliyə görə” medalı ilə təltifi olunması ilə əlaqədar tədbir keçirilmişdir.

13 may 2016 | 16:00

13 may 2016-cı il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə Şəhid Ruhim Qəhrəmanova  verilmiş “İgidliyə görə” medalın təqdimetmə mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açaraq qeyd etdi ki,  aprel ayının 1-dən 2-nə keçən gecə mənfur erməni işğalçıları mövqelərimizə və yaşayış məntəqələrinə təxribatçı hücumlar etmişdir. Lakin yenilməz Azərbaycan ordusu tərəfindən bu hücumların qarşısı qətiyyətlə alınmış, həyata keçirilən tədbirlər nəticəsində qəsbkarlar xeyli sayda canlı qüvvə və hərbi texnika itirmişdir. İşğal altında olan bir neçə strateji yüksəklik düşməndən azad edilmiş, silahlı qüvvələrimiz daha əlverişli üstün mövqelərə sahib olmuşdur.
Düşmənə bir qarış torpağı belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş nailiyyətləri ölkə Prezidentinin aparmış olduğu uğurlu siyasətin qələbəsi kimi qiymətləndirən rayon rəhbəri döyüşlərdə Milli Ordumuzun da şəhidlər verdiyini, qəhrəmanlıqla həlak olanlardan ikisinin həmyerlilərimiz Qəhrəmanov Ruhim Əşrəf oğlu və İbrahimov Mahmud Azər oğlu olduğunu vurğulamış və torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün vətən övladlarının ruhlarını bir dəqiqəlik sükutla yad etməyi  bildirmişdir.
Bu tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamı ilə Qəhrəmanov Ruhim Əşrəf oğluna ölümündən sonra “İgidliyə görə”  medalın təqdimatı ilə bağlı olduğunu qeyd edən rayon rəhbəri medalı şəhidin atası Əşrəf Qəhrəmanova təqdim etmişdir.
Tədbirdə şəhidin yaxınları, əsgər atası, şair Hidayət Səfərli, şəhidin təhsil aldığı Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin direktoru İsmayıl Quliyev, 9 saylı tam orta məktəbin tarix müəllimi İsmət Həziyev çıxış etmiş, məktəblilərin ifasında şəhidə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Sonra söz şəhidin atası Əşrəf Qəhrəmanova verilmişdir. Ə.Qəhrəmanov  şəhid övladına göstərilən yüksək səviyyəli diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz səmimi minnətdarlığını bildirmişdir.
Tədbirdə ağsaqqallar, şəhidin ailə üzvləri və yaxınları, Qarabağ müharibəsi iştirakçıları, ziyalılar, oxuduğu məktəblərin müəllim və şagird kollektivi olmaqla ümumilikdə 350 nəfər iştirak etmişdir.
Tədbiri Cəbrayıl rayon İcra  Hakimiyyətinin başçısı Kamal Həsənov yekunlaşdırmışdır.

Keçidlər