Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ümumrayon ağacəkmə iməciliyi keçirmişdir.

10 may 2016 | 16:00

10 may 2016-cı il tarixdə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ümumrayon ağacəkmə iməciliyi keçirmişdir.
Əvvəlcə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Cəbrayıl rayon təşkilatının rəhbərliyi, rayonun idarə və müəssisə rəhbərləri Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə gül-çiçək qoyaraq ruhunu ehtiramla yad etdilər.
Sonra 11 məcburi köçkün qəsəbələrini birləşdirən magistral yolun kənarlarında 1250 ədəd yaşıl ağac əkilmiş, yol kənarlarında əvvəlcədən mövcud olan ağaclara aqrotexniki qulluq göstərilmiş, idarə-müəssisələrin həyətlərində və qəsəbə daxilində abadlıq təmizlik işləri görülmüşdür.
Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi iməcilikdə ümumilikdə 4200 nəfər iştirak etmişdir.

Keçidlər