Alman faşizmi üzərində qələbənin 71-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirildi.
09 may 2016-cı il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında alman faşizmi üzərində qələbənin 71-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Bayram tədbiri zamanı RİHB aparatının, idarə, müəssisə və təşkilatların məsul işçiləri, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi iştirakçıları, ziyalılar və yuxarı sinif şagirdləri Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş rayon şəhidlərinin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhlarını ehtiramla yad etdilər.
Sonra Mədəniyyət və İstirahət parkında ümumxalq gəzintisi təşkil olunmuşdur. Tədbir iştirakçıları çay süfrəsi arxasında həm İkinci dünya müharibəsinin, həm də Qarabağ müharibəsinin ağır fəsadlarından, faşist Almaniyasının və Ermənistan dövlətinin apadığı işğalçılıq siyasətindən, dinc, günahsız insanlara qarşı törətmiş olduğu soyqırımı və cinayətləri müzakirə etmişlər.
Rayon İcra Hakimiyyətinin adından 1941-1945-ci illər müharibəsinin iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.