Məcburi köçkünlərlə növbəti səyyar qəbul – görüş keçirildi.
23 aprel 2016 –cı il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi-100, 12 saylı Peşə məktəbinin binasında fəaliyyət göstərən rayonun Əmirvarlı tam orta məktəbində Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüş keçirmişdir.
İcra başçısı görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların xalqın rifah-halının yaxşılaşmasındakı misilsiz əhəmiyyətini qeyd etmiş və bu islahatların məntiqi nəticəsi olaraq ölkənin iqtisadi qüdrətinin gündən-günə artdığını, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdığını verğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanın iqtisadi tərəqqisi, balanslaşdırılmış daxili və xarici siyasəti onun beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmiş, dünya birliyinin dəstəyini qazandırmışdır. Son günlərdə cəbhə bölgəsində Milli Ordumuzun düşmən təxribatının qarşısını qətiyyətlə alaraq işğal olunmuş ərazimizin bir qismini azad etməsini dünya ictimaiyyətinin də müdafiə etməsi bu dəstəyin bariz nümunəsi olduğunu, artıq Azərbaycan həqiqətlərinin qələbə çaldığını, Ermənistanın işğalçı dövlət kimi ifşa olunduğu bir daha sübut etdi.
İcra başçısı Respublikamızın bütün bölgələrində məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərin problemlərinin həlli üçün operativ tədbirlər görüləcəyini bildirmiş, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin tezliklə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələcəyinə əminlik ifadə etmişdir.
Çıxış edən sakinlər cənab Prezidentin həyata keçirdiyi siyasəti ürəkdən bəyəndiklərini, bundan sonra da cənab Prezidentin ətrafında sıx bilrləşəcəklərini və Vətənə layiqincə xidmət edəcəklərini bildiriblər.
Rayon İcra hakimiyyətinin başçısı görüşü yekunlaşdıraraq ölkədə gedən inkişaf prosesləri, Cəbrayıllı məcburi köçkünlərin kompakt məskunlaşdıqları qəsəbələrdə həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında danışdı. Hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.
Sonda İcra Başçısı səyyar qəbul-görüşdə qaldırılan müraciətlərin və təkliflərin həlli ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verdi.