Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir

14 aprel 2016 | 16:00

14 aprel 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016 –cı  ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunları və bu sahədə rayonda görülən işlər barədə Şura iclası keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev 2016-cı ilin birinci rübünündə Respublka və rayonda görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında Cəbrayıl rayon Vergilər şöbəsinin rəisi Əfrayıl Əhmədov, Cəbrayıl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Müşviq Əliyev və rayonun digər xidmət təşkilatlarının rəhbərləri görülən işlər barədə  çıxış etdilər.
Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev  yekunlaşdırdı.                                                               
Şura iclasında RİHB aparatının məsul işçiləri, Hüquq-Mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ərazi nümayəndələri və digər məsul şəxslər   iştirak edirdi.

Keçidlər