Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı Şəhid torpağa tapşırıldı

11 aprel 2016 | 16:00

Tərtər rayonu ərazisində erməni təxribatının qarşısının alınması zamanı Şəhid olmuş Cəbrayıl rayon Sarıcallı kənd sakini İbrahimov Mahmud Azər oğlu ilə 09 aprel 2016-cı il tarixdə vida mərasimi  keçirilmişdir.
Vida mərasimində Cəbrayıl və Abşeron rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşları, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Mərasimdə çıxış edən  Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev, Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Anar Rəhimov, veteranlar və şəhid ailələri cəmiyyətinin sədri Səbuhi Hüseynov və digərləri Mahmud İbrahimovun keçdiyi şərəfli döyüş yolundan söz açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad olunacağı günün çox yaxında olduğunu bildirdilər.

 

Keçidlər