Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12 dekabr 2022 | 18:14

     Bu gün xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür.
    Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
    Məhz Heydər Əliyevin təməlini qoyduğu siyasətin nəticəsidir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin olundu. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin arzuları gerçəkliyə çevrildi. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Ulu Öndərin qoyduğu yolla gedərək uğurlu ölkə adını daima qoruyacaq.
    Anım günü ilə əlaqədar olaraq rayon sakinləri 4 saylı qəsəbədə yerləşən mədəniyyət və istirahət parkında dahi rəhbərin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

 

Keçidlər