Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllılar Silahlı Qüvvələrimizin Qələbəsini böyük ruh yüksəkliyi ilə qarşılayır, Möhtərəm Prezidentimizin əmrini gözləyirlər.

05 aprel 2016 | 16:00

Cəbhə bölgəsində ermənistanın növbəti təxribatı ilə bağlı Silahlı Qüvvələrimizin düşmən qüvvələrərinə layiqli cavab verməsi və ordumuza ümumxalq dəstəyinin nümayiş olunması ilə əlaqədar 5 aprel 2016-cı  il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış  4 saylı qəsəbə klubunda Rayon İcra hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, YAP rayon təşkilatının üzvləri, idarə və müəssisə rəhbərləri ilə yanaşı rayon ağsaqqallarının, Qarabağ müharibəsi vetereanlarının, rayon ictimaiyyəti və gənclərin iştirakı ilə toplantı  keçirilmişdir.
Toplantıda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən, Yeni Azərbaycan Partiyası Cəbrayıl Rayon təşkilatının sədri  Arif Fərzəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan  bu gün regionda və dünyada  mehriban qonşuluq  siyasəti  yürüdür, böyük  dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı  əməkdaşlığı  daha da möhkəmləndirir.  
Torpaqlarımızın qeyri  şərtsiz  boşaldılması  ilə  bağlı Beynəlxalq səviyyədə aparılan sülhməramlı danışıqlara, BMT-ninqəbul etdiyi  822, 853, 874, 884 saylı qətnamələrə, digər beynəlxalq hüquq  normalarına  məhəl qoymadan   öz məkrli əməllərini  davam etdirən ermənistanın təxribatçı qrupları üzərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız ilk qələbəsini qazandı. Bu münasibətlə möhtərəm Prezidentimizi və xalqımızı təbrik edən A.Fərzəliyev qeyd etmişdir ki, 2 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Möhtərəm Prezidentimizin etdiyi çağırış cəbhə bölkəsində vuruşan döyüşçülərimiz və Cəbrayıl rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
1988-cı ildən bəri Azərbaycanımızın ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda 400-ə yaxın şəhid verən ,  həmişə  dövlətçiliyə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətli olmuş Cəbrayıllılar, möhtərəm Prezidentimizin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasi kursu dəstəkləyir, Ali Baş Komandanımızın  ətrafında  sıx birləşərək onun döyüş əmrini gözləyirlər.  Azərbaycanın parlaq gələcəyinin, ərazi bütövlüyünün, suverenliyinin təmin olunması, xalqımızın rifahı, tərəqqisi və dogma Qarabağ torpaqlarımızın erməni təcavüzündən azad edilməsi istiqamətində apardığınız məqsədyönlü siyasətə daim yardımçı olduqlarını bildirirlər.
Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Anar Rəhimov ön cəbhədə baş verən hadisələrlə bağlı məlumat verərək bildirdi ki, döyüşçülərimiz nəinki təxribatın qarşısını alıb, eyni zamanda əlverişli hərbi mövqeyləri ələ keçirərək  təmas xəttində əsas mövqeylərini möhkəmləndiriblər.
YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, rayon ağsaqqlları Məhəmmədəli Mehdixanov, Əkbər Məmmədov, əməkdar müəllim Rəhim Rəhimov, gənc müəllim Nahid Muradov, əsgər atası Hidayət Səfərli, əsgər anası Gülxanım Vəliyeva, Qarabağ əlilləri, veteranlar və şəhid ailələri cəmiyyətinin sədri Səbuhi Hüseynov və digərləri toplantıda çıxış edərək qeyd ediblər ki, bu gün insanlar yüksək əhval-ruhiyyə nümayiş etdirərək, Möhtərəm Prezidentimizlə, ordumuzla həmrəy olduqlarını bildirir, ordumuzun yaxın vaxtlarda tam Qələbə qazanacağına  qətiyyətlə inanırlar.
Yığıncaq iştirakçıları adında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər