Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edildi
Erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan hərbçilərimizdən biri, 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı Ruhim Əşrəf oğlu Qəhrəmanovun cənazəsi 02 aprel 2016-cı il tarixdə ailənin məskunlaşdığı Biləsuvar rayonu ərazisdində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 2 saylı qəsəbəyə gətirildi.
03 aprel 2016-cı il tarixdə Şəhidlə vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Milli Qəhrəman İbad Hüseynov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Anar Rəhimov və rayon ictimaiyyəti iştirak edirdi.