Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonu üzrə “Əhalinin ümumi profilaktik tibbi müayinələrə” cəlb olunması ilə bağlı rayonda görülmüş işlər davam etdirilir.

31 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 15 fevral 2016-cı tarixdən etibarən Respublikada  “Əhalinin ümumi profilaktik tibbi müayinələrə” cəlb olunması işinə başlanmışdır. Əhalinin sağlamlığına xidmət edən bu vacib işin mütəşəkkil qaydada təşkili məqsədi ilə Cəbrayıl rayon İcra Hakimiyyətində 11.02.2016-cı il tarixdə tibb işçilərinin, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə geniş Şura iclası keçirilmiş və bu işləri koordinasiya edən rayon Qərargahı yaradılmışdır.
Rayon Qərargahı tərəfindən Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə fəaliyyət göstərən rayonun idarə və müəssisələrində çalışan işçilərin və birbaşa xidməti ərazimiz olan Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrdə məskunlaşmış əhalinin qrafik üzrə ümumi profilaktik tibbi müayinəyə cəlb olunması təşkil olunmuş və hər həftənin sonunda nəticə barədə Prezident Administrasiyasına tələb olunan forma üzrə məlumatın verilməsi təmin edilmişdir.
15 fevral 2016-cı il tarixdən 28 mart 2016-cı il tarixədək rayon əhalisinin 33200 nəfəri tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədən keçirilmiş 33200 nəfər rayon əhalisinin 32046 nəfəri sağlam hesab edilmiş, 952 nəfəri ambulator müalicəyə, 127 nəfəri stasional müalicəyə cəlb edilmiş, 75 nəfər müayinə və müalicə üçün Bakı şəhərində fəaliyyət göstərən müxtəlif tibb mərkəzlərinə  göndərilmişdir.
Əhalinin tibbi müayinədən keçirilməsi işi davam etdirilir.

Keçidlər