Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçılarının yola salınma mərasimi təşkil edilmişdir

24 mart 2016 | 16:00

Cəbrayıl rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 9 nəfərlik qrup 2016-cı il martın 24-də Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə təşkil olunan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində Lənkəran şəhərinə yola salınıb.
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən həyata keçirilən bu layihə məktəblilər, valideynlər, ümumilikdə rayon ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Cəbrayıl rayon İcra Hakimiyyətinin qarşısında təşkil olunan yolasalma mərasimində aksiya-tur iştirakçıları əvvəlcə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət  parkında Ulu Öndər Heydər Əliyevin heykəlini ziyarət edib, önünə gül-çiçəklər qoyublar.
Tədbirdə çıxış edənlər layihənin dövlətimizin başçısının diqqət və qayğısının nəticəsi olduğunu söyləmiş, tur-aksiyanın yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində, onların asudə vaxtlarının səmərəli və mənalı təşkilində böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və Vətəni dərindən tanımaq üçün bundan gözəl imkan ola bilməyəcəyini qeyd etmişlər.

Keçidlər