Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyəti rayonun Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda bir sıra tədbirlər keçirmişdir.

28 mart 2016 | 15:00

Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonu ərazisində salınmış cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərində “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Rayonun Biləsuvar rayonu ərazisində salınmış 1-11 saylı qəsəbədə fəaliyyət göstərən 8, 9, 10, 14, 15 saylı,  Ramiz Xudiyev adına Minbaşılı kənd, İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd, Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd, İsgəndər Tahirov adına Mehdili kənd,  Vahid İsmayılov adına Çərəkən kənd və Dəmşalaq kənd tam orta məktəblərində “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda tədbirlər keçirilmişdir. Keçirilən tədbirləri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – Dini Qurumlarla işin təşkilatçısı Mayil Əliyev açaraq Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətlərindən, ölkəmizdə mövcud olan insan huquq və azadlıqlarından, mədəniyyətlərarası münasibətlərin müsbət dinamikasından söhbət açmış və qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində çox böyük işlər həyata keçirilmiş, Ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə dinlərarası sülh və həmrəylik möhkəmləndirilmişdir.
Mayil Əliyev tədbirdə iştirak edən gənclərə, tam orta məktəblərin yuxarı sinif şagirdlərinə radikal dini cəryanlarda uzaq durmağı, öz bilik və bacarıqları ilə Cənab Prezidentinin apardığı məqsədyönlü siyasəti dəstəkləyərək vətənimizin inkişafı və tərəqqisi naminə Ölkə Prezidentin ətrafında sıx birləşməyi tövsiyə etmişdir. Şöbə müdirinin müavini bu cür tədbirlərin rayonun bütün idarə və müəssisələrində, Respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən rayonun digər ümumtəhsil məktəblərində də keçiriləcəyini vurğulamışdır.
Tədbirdə çıxış edən din xadimi Elman Piriyev, məktəb direktorları və gənc müəllimlər Ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə mövcud olan toleranlıq mühitindən, Azərbaycan Respublkasında yaşayan müxtəlif xalqların dinindən, dilindən, mədəniyyətindən və milli adət-ənənəsindən asılı olmyaraq onlara göstərilən yüksək diqqət və qayğıdan söhbət açmış və Ölkə Prezidentinə öz təşəkkürlərini bildirmişlər.
Keçirilən tədbirlərdə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, müzakirələr aparılmışdır.
Tədbirlərdə rayonun din xadimləri, məktəblərin direktorları və  gənc müəllimlər, yuxarı sinif şagirdləri, o cümlədən qəsəbədə yaşayan gənclər iştirak etmişdir.

Keçidlər