Şriftin ölçüsü :

Saytın rəngi :

Cari məsələlərə və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilmişdir.

14 mart 2016 | 16:00

09 mart 2016-cı il tarixdə, Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon İcra hakimiyyətinin inzibati binasında Cəbrayıl Rayon İcra Hakimiyyətinin  başçısı vəzifəsini icra edən Arif Fərzəliyevin sədrliyi ilə cari məsələlərə və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilmişdir.
Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, məktəb direktorları və xidməti ərazimiz olan Biləsuvar rayonu ərazisindəki məcburi köçkün qəsəbələri üzrə sahə rəisləri iştirak etmişlər.
Müşavirədə mövcud vəziyyət ətraflı müzakirə olunaraq qarşıda duran vəzifələrlər müəyyənləşdirilmiş və aidiyyati sahə rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Keçidlər