Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirmişdir

12 mart 2016 | 16:00

12 mart 2016-cı il tarixdə Cəbrayıl  Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev Qaradağ rayonu, Müşfiqabad məcburi köçkün qəsəbəsində Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə səyyar görüş-qəbul keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini  icra edən Arif Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə geniş vüsət almış abadlıq-quruculuq işlərindən, ölkə Prezidentinin siyasətinin əsas qayəsi olan insanların rifahının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışdı. Qeyd etdi ki, məhz əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Milli Strategiyanın möhtərəm Prezidentimiz tərəfinən uğurla davam etdirilməsi bütün ölkə vətəndaşlarının, eləcədə biz məcburi köçkünlərin həyat şəraitini və rifahını yaxşılaşdırmışdır.
Tədbirdə çıxış edən məcburi köçkünlər onları daim hərtərəfli qayğı ilə əhatə edən Azərbaycan dövlətinə və şəxsən cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, onun milli maraqlara və insan amilinə söykənən siyasət aparmasını yüksək qiymətləndirmişlər. Cəbrayıllı məcburi köçkünlər cənab Prezidentin apardığı  uğurlu siyasətin torpaqlarımızın işğaldan azad edilməsi və soydaşlarımızın öz dogma yurdlarına qayıdışı ilə nəticələnəcəyinə inanmlarını ifadə etmiş və bu işdə İlham Əliyev cənablarına uğurlar arzulamışlar.

Səyyar görüş-qəbulda 11 nəfərin müraciəti dinlənilmiş və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər