11 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 26 noyabr 2024-cü il tarixdə 11 saylı Cəbrayıl qəsəbəsində keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbul zamanı rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı, həyata keçirilən çoxşaxəli bərpa-quruculuq işlərdən və 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, geniş söhbət açıb.
Qəsəbə sakinləri işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.