11 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 07 fevral 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, xidməti idarələrin rəhbərləri və rayon sakinlərinin iştirakı ilə 11 saylı Cəbrayıl qəsəbəsində növbəti səyyar görüş-qəbul keçirib.
Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən geniş miqyaslı layihələrdən söhbət açıb.
İcra başçısı qəbula gələn vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.
Sakinlər çıxış edərək respublikada və rayonumuzda aparılan quruculuq işlərinə görə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını ifadə ediblər.