Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

10 fevral 2016 | 16:00

10 fevral 2016-cı il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 4 №-li qəsəbə klubunda Cəbrayıl Rayon İcra hakimiyyəti başçısının 2015-ci ilin yekunu və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları 4 saylı qəsəbə ərazisindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir 4 saylı qəsəbə klubunda davam etdirilmişdir.
İclasda Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
RİH başçısı bildirdi ki, ötən il rayon üzrə 22,3 milyon manatlıq məhsul buraxılıb. Aqrar sektora dövlət dəstəyi nəticəsində 13,9 milyon manatlıq kənd təsərrüfatı, 522,8 min manatlıq sənaye məhsulu istehsal edilib.
Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 43 sahibkara 392 min manat güzəştli kredit verilib ki, bunun hesabına 49 yeni iş yeri açılıb. Hazırda təkcə Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 149 sahibkarlıq subyekti fəaliyyət göstərir və onlar burada məskunlaşan əhalinin gündəlik ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatını ödəyir.
Hesabat ilində Biləsuvar rayonu ərazisindəki 11 qəsəbədə və respublikanın 54 şəhər və rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə infrastruktur layihələri reallaşdırılıb, 7,7 milyon manatlıq tikinti işləri aparılıb. Məktəb və uşaq bağçaları alternativ enerji və istilik sistemi ilə təmin edilib, 54 kilometrlik qəsəbədaxili, 24,7 kilometrlik qəsəbələrarası yolda, 40 evin dam örtüyündə cari təmir işləri aparılıb, 18 ev əsaslı təmir olunub.
Məruzə ətrafında Rayon Maliyyə şöbəsinin müdiri Famil Balayev, Rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova, Rayon Gənclər və idman idarəsinin rəisi Emil Məstəliyev,   Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Kamran Quliyev çıxış edərək 2015-ci ildə rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat vermişlər.
Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov və Milli Məclisin deputatı Astan Şahverdiyev yığıncaqda çıxış etmişlər.

 

 

2015-ci ilin yekunu və 2016-cı ildə qarşıda duran vəzifələr barədə  Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı M.N.Quliyevin Hesabatı

Keçidlər