“02 Fevral – Gənclər Günü” ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
02 fevral 2016-cı il tarixdə “02 Fevral – Gənclər Günü” ilə əlaqədar Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında və Biləsuvar rayonu 5 saylı qəsəbə klubunda bayram tədbiri keçirildi.
Əvvəlcə tədbir Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında başlanmışdır. Tədbiri rayon İcra Hakimiyyəti başçısı Mahmud Quliyev giriş sözü ilə açaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərmiş olduğu diqqət və qayğıdan, ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən gənclər və gənc idmançılar üçün yaradılmış hər cür şəraitdən, həmçinin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi görüşdən, gənclərimizə verdiyi tövsiyə və tapşırıqlardan söhbət açmış, gəncləri təbrik etmiş, onlara sağlam gələcək arzulamış və rayon gənclərinə öz tövsiyələrini bildirmişdir.
Sonra tədbir Biləsuvar rayonu 5 saylı qəsəbə klubunda davam etdirilmişdir. Bayram tədbirində Biləsuvar rayonu 1-11 saylı qəsəbələrdə fəaliyyət göstərən tam orta məktəblərin istedadlı şagirdlərinin iştirakı ilə rəsm müsabiqəsi keçirilmiş, qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri diplom və mukafatlarla təltif olunmuşdur.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə RİHB aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, YAP fəalları, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri olmaqla ümumilikdə 175 nəfər iştirak edirdi.