Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı ilə əlaqədar ümumrayon bayram tədbiri

23 dekabr 2015 | 16:00

23 dekabr 2015-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə yerləşən “Cəbrayıl” şadlıq sarayında  “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”  və “Yeni il  bayramı” ilə əlaqədar ümumrayon bayram tədbirin keçirildi.
Bayram tədbirini açan Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev rayon əhalisini və yığıncaq iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi və bildirdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu əziz günün yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Həmin vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Rayon rəhbəri hazırda bu önəmli işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirdi.
Bayram tədbirinin bədii hissəsi rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Həmyerlimiz, Respublikanın əməkdar artisti İlkin Əhmədov, rayonumuzun tanınmış müğənniləri Vüsal Zamanov, Zəminə Hüseynova, Gülnarə Hümbətova, Xankişi Xankişiyev, həmçinin rayon Mədəniyyət və Turizm şöbəsinin müğənniləri Fatma Əhmədova, Sədaqət Ağayev, Oqtay Əliyev və Allahverdi Məmmədov gözəl ifaları və  rayonun Böyük Mərcanlı Uşaq İncəsənət məktəbinin oğlanlardan ibarət rəqs qrupu bir-birindən gözəl rəqsləri ilə tamaşaçılara xoş ovqat bəxş etdilər.
Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin  ən böyük arzusu növbəti belə bayram konsertlərin işğal edilmiş torpağımızda - Cəbrayılda keçirmək oldu.     
Bayram tədbirini Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev  yekunlaşdırdı.  
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ərazi nümayəndələri, məktəb direktorları, müəllimlər, ağsaqqallar, ictimaiyyət nümayəndələri, YAP fəalları və gənclər olmaqla cəmi 450 nəfər iştirak edirdi.

Keçidlər