Dini maarifləndirmə mövzusunda tədbir keçirilmişdir
19 dekabr 2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 3126-cı məhəllə, Dalan-2 ünvanında fəaliyyət göstərən Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbində Rayon İcra Hakimiyyəti və Rayon Prokurorluğunun təşkilatçılığı ilə "Vəhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon prokuroru Maarif Hüseynov "Vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev tədbirdə çıxış edərək vəhabilik və bu qəbildən olan digər radikal dini cərəyanların dövlətə və cəmiyyətə mənfi təsirindən danışmışdır.
Tədbirdən sonra Binqədi rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul- görüş keçirilmişdir.