Şriftin ölçüsü :

Saytın rəngi :

Anım tədbiri keçirilmişdir

11 dekabr 2015 | 16:00

11 dekabr 2015-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının on ikinci il dönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Anım tədbiri Parkda Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri qoyulması ilə başlandı. Sonra Tədbir Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
Ümummilli lider Heydər Əliyevin xoş xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq Ulu Öndər Heydər Əliyevin ömür yolu haqqına məlumat verdi.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən, ölkəmiz üçün aparmış olduğu məqsədyönlü işlərdən bəhs edən “Heydər Əliyev - Dünyaya pəncərə” adlı videofilm nümayişi olundu.
Filmin nümayişindən sonra çıxış edən rayon rəhbəri və digər tədbir iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda gördüyü fədakar işlərdən, aparmış olduğu daxili və xarici siyasət nəticəsində ölkəmizin müstəqil dövlət kimi qüdrətli bir dövlətə çevrilməsindən və bu siyasətin hal-hazırda ölkə Prezidenti, Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən geniş söhbət açdılar. Ulu Öndərimizə Allahdan rəhmət, ölkə Prezidenti İlham Əliyev cənablarına gördüyü məqsədyönlü işlərində uğurlar arzuladılar.
Tədbiri Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdən sonra Ulu Öndər Heydər Əliyev ruhuna ehsan süfrəsinin verildi.
Anım tədbirində RİHB aparatının məsul işçiləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, ağbirçəklər, ağsaqqallar, ictimaiyyət nümayəndələri olmaqla 163 nəfər iştirak edirdi.

Keçidlər