2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir.
21 oktyabr 2015-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunları və bu sahədə rayonda görülən işlər barədə Şura iclası keçirildi.
İclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq 2015-ci ilin doqquz ayında istər Respublka, istərsə də rayon səviyyəsində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.
Sonra məruzə ətrafında Cəbrayıl rayon Vergilər şöbəsinin rəisi Əfrail Əhmədov, Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov çıxış etdilər.
Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Şura iclasında RİHB aparatının məsul işçiləri, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, ərazi dairələri üzrə nümayəndələr,uşaq bağçalarının müdirləri, məktəb direktorları, sahibkarlar və rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr olmaqla cəmi 192 nəfər rayon sakini iştirak edirdi.