10 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 06 aprel 2023-cü il tarixdə 10 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirib. İcra hakimiyyətinin məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinlərinin iştirak etdiyi qəbulda rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkədə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbul zamanı qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Qəsəbə sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.