Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirildi

06 may 2022 | 16:45

    06 may 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən danışdı. Ölkəmizdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan rayon rəhbəri Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
   Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı qəsəbə sakinlərinin problemlərini dinlədi və qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
   Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərin problemlərinə xüsusi diqqət göstərdiyinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək öz doğma yurdları Cəbrayıla qayıdacaqları günü səbirsizliklə gözlədiklərini qeyd etdilər.

Keçidlər