Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul-görüş keçirilib

19 dekabr 2024 | 16:44

    19 dekabr 2024-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul-görüş keçirib. Səyyar görüşdə aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə-müəssislərin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, hazırda işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində aparılan yenidənqurma işləri barədə qəbul iştirakçılarını məlumatlandırıb.
    İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
    Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər