Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə müsabiqə üzrə müsahibə elan edir

05 fevral 2025 | 15:32

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək müsahibəyə Cəbrayıl Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 3 vəzifə üzrə 4 yer təqdim olunub.

  1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (2 yer)
  2. İcra nümayəndəlikləri, Sirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)
  3. İcra nümayəndəlikləri, Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı  doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrlə tanış olmaq olar.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562

Keçidlər