Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edir
31 may 2024 | 16:45
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Cəbrayıl Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 1 vakant vəzifə təqdim olunub.
- İcra nümayəndəlikləri, Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il tarixindən 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrlə tanış olmaq olar.