Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə müsabiqə üzrə müsahibə elan edir

06 may 2024 | 11:56

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək müsahibəyə Cəbrayıl Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.

Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, baş məsləhətçi (1 yer)

İcra nümayəndəlikləri, Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer)

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 06 may 2024-cü il tarixindən 04 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrlə tanış olmaq olar.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=543

 

Keçidlər