Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edir
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Cəbrayıl Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.
İcra nümayəndəlikləri, Qumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi (1 yer)
İcra nümayəndəlikləri, Süleymanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi (1 yer)
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrlə tanış olmaq olar.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=540