Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov şəhid ailələri ilə görüş keçirmişdir

06 noyabr 2021 | 16:00

   05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov “Zəfər Günü” münasibətilə Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə məskunlaşmış Cəbrayıl rayonundan olan şəhid ailələri  ilə görüş keçirmişdir.
    Şəhid ailələrinin problemləri ilə yaxından maraqlanan Mərkəzi Bankının sədri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açmış, şəhidlərimizin əziz xatirəsinin həmişə uca tutulacağını vurğulamışdır.
    Görüşdən əvvəl Mərkəzi Bankının sədri 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ulu öndər Heydər Əliyevin heykəlini, “Şəhidlər” Abidə Kompeksini və “Şəhidlər Xiyabanı”nı ziyarət etmişdir.

Keçidlər