Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Kənd Təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilmişdir

01 noyabr 2021 | 16:00

   01 noyabr Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, Cəbrayıl rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
   Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digərləri  Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasından söhbət açaraq son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində görülən işlərdən danışdılar. Natiqlər bu gün artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində də geniş miqyaslı işlər görüldüyünü qeyd edərək, həmin ərazilərdə dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafında kənd təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirdilər. Bu sahədə  göstərdikləri xidmətlərə görə kənd təsərrüfatı sahəsində çalışan işçilərə uğurlar arzulayıb, peşə bayramlarını təbrik etdilər.

 

 

Keçidlər