Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Aprel şəhidimiz Mahmud İbrahimovun doğum günüdür

03 sentyabr 2021 | 16:00
Bu gün 2016-cı ilin Aprel döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, əslən Cəbrayıl rayonunun Sarıcallı kəndindən olan Mahmud İbrahimovun doğum günüdür.
Mahmud Azər oğlu İbrahimov 03 sentyabr 1997-ci ildə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində anadan olub. 2005-2015-ci illərdə Bayıl qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun 40 saylı  tam orta məktəbində təhsil almışdır.  2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 6 ay Tərtər rayonunun Qapanlı kəndində hərbi xidmət keçmişdir.
02 aprel 2016-cı il tarixdə başlanmış 4 günlük Aprel döyüşləri zamanı Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, 09 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsində dəfn olunmuşdur. 
Mahmud İbrahimov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik! 
 
Keçidlər