Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zamin Rəhimovun xatirəsinə abidə bulağının açılışı olub

01 sentyabr 2021 | 16:00
 
01 sentyabr 2021-ci il tarixdə Binəqədi rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, rayonun Məzrə kənd sakini Rəhimov Zamin Vahid oğlunun xatirəsinə abidə bulağının açılışı olub. 
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, aparatın məsul əməkdaşları, şəhidin vaxtı ilə işlədiyi Mahmudlu kənd uşaq musuqi məktəbinin kollektivi, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov, RİH başçısının birinci müavini Arif Fərzəliyev və digərləri çıxış edərək şəhidin keçdiyi döyüş yolundan söhbət açmışlar. Çıxış edənlər bizlərə böyük tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib, ailə üzvlərinə səbr diləyərək belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
Şəhidin valideynləri övladının qəhrəmanlığı ilə fəxr etdiklərini, şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda Mahmudlu kənd uşaq musuqi məktəbinin şagirdləri şəhidlərimizə həsr olunmuş şerlər səsləndirmişlər. 
 
 
 
 
 
 
 
 
 
Keçidlər