Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, Sərhəd Qoşunlarının baş leytenantı Elçin Əzizovun xatirə kompleksinin açılışı olmuşdur

25 avqust 2021 | 16:00
24 avqust 2021-ci il tarixdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində şəhid, Sərhəd Qoşunlarının baş leytenantı Elçin Əzizovun xatirə kompleksinin açılışı olmuşdur.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, şəhid ailələri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov, RİH başçısı müavini Fəridə İbayeva  və digər çıxış edənlər şəhid Elçin Əzizovun keçdiyi döyüş yolundan söhbət açaraq bildirmişlər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi.  Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin   imzaladığı fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının ödənilməsi həmçinin bu insanların mənzil və avtomobillərlə təmin olunması, övladlarının təhsil haqqından azad edilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.  Çıxış edənlər Şəhidin anasına və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
Şəhidin anası Mələk Əhmədova övladının qəhrəmanlığı ilə fəxr etdiyini,  Şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişdir.
Sonda məktəblilər şəhidimizə həsr olunmuş şerlər səsləndirmişlər.
 
 
 
 
 
 
 
Keçidlər