Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər yolunda” kitabının təqdimatı davam edir

23 iyul 2021 | 16:00
    23 iyul 2021-ci il tarixdə Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə 44 günlük vətən müharibəsində igidlik göstərərək, şəhidlik zirvəsinə ucalmış, Cəbrayıl əsilli 35 şəhidin şərəfli döyüş yolundan bəhs edən “Zəfər yolunda” kitabının təqdimat mərasimi keçirilmişdir.
   Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri iştirak edirdi.
   Çıxış edənlər Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışmış, bu kitabın onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacağını qeyd etmişlər.
   Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər