Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul Azərbaycan polisi günüdür

02 iyul 2021 | 16:00

      02 iyul Azərbaycan Polisinin yaranma günü ilə əlaqədar Cəbrayıl rayonunda tədbir keçirilmişdir.
Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları  1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə olmuşdur.
     Ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərmişdir.
    Vətən müharibəsindən sonra ölkə başçısının Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu.
     Bu gün ölkəmizdə mövcud olan yüksək ictimai-siyasi sabitliyin yaranmasında müham rol oynayan,   milli maraqları və dövlətçilik mənafelərini daim uca tutan Azərbaycan Polisi Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəkdir.
     Cəbrayıl Rayon Polis şöbəsinin əməkdaşları  da ərazi bütövlüyümüzün qorunmasında və digər tədbirlərdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
     Bütün Polis işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq.

Keçidlər